Vərəm (Tuberculosis) xəstəliyi haqqında 5 mif


Vərəmlə kim xəstələnə bilər?

Mif 1.  Vərəmlə yalnız qeyri-sosial həyat tərzi sürənlər, spirtli içki aludəçiləri, narkotik istifadəçiləri və ya yoxsulluq şəraitində yaşayan insanlar xəstələnirlər. Bu, belə deyil! 

Vərəm çöpləri ilə hər kəs üzləşə bilər. Lakin vərəm mikobakteriyaları ilə yoluxmuş insanların xəstələnməsi mütləq deyil. Xəstəliyin inkişaf etməsi üçün immunitetin zəifləməsi, müntəzəm və düzgün olmayan qidalanma, tez-tez soyuqdəymə hallarının olması gərəkdir.

Vərəmə necə yoluxmaq olar?

Mif 2. Vərəm xəstəsilə birgə ictimai nəqliyyatda (şəhərdaxili) getmək kifayət edir ki, bu xəstəliyə yoluxub xəstələnəsən. Bu, belə deyil!

Yoluxma üç şəraitdə mümkündür: vərəm mikobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, havada mikobakteriyaların yüksək konsentrasiyası zamanı və immunitet zəiflədikdə. İctimai nəqliyyatda qapılar daim açılıb-bağlandığından burada hava durğunluğu olmur. Bu da mikobakteriyaların “həyatı” üçün əlverişsizdir. Sərnişinlərin nəqliyyatda keçirdikləri vaxt qısamüddətli olduğundan vərəmlə yoluxma real deyil.

Vərəm müalicə oluna bilərmi?

Mif 3. Vərəmin müalicəsi aparılsa da, ondan tam sağalmaq mümkün deyil. Bu, belə deyil!

Müasir təbabətin köməyilə 70-80% hallarda vərəmin tam müalicəsinə nail olmaq mümkündür. Müalicənin uğurlu başa çatması isə çox vaxt pasiyentin özündən asılıdır. Xəstəliyin ilk əlamətləri aşkarlanan zaman pasiyent tibbi yardıma müraciət edərsə, müalicəsini davam etdirərsə, həkimin bütün məsləhətlərinə əməl edərsə, tam sağalma şansı böyük olar.

Vərəmin müalicəsi necə aparılır?

Mif 4. Vərəmdən müalicə illərlə davam edir və çox baha başa gəlir. Bu, belə deyil!

Vərəmin müalicə müddəti təxminən 6-8 aydır. Pasiyentlər xəstəxanada yalnız onlarda mikobakteriyaların ifrazı dayandırılana kimi qalmalıdırlar. Bundan sonra xəstənin müalicəsi ambulator və ya ev şəraitində davam etdirilə bilər. Müalicə kursunu sona çatdırmaq MÜTLƏQDİR!

Vərəmə qarşı peyvənd varmı?

Mif 5. Vərəmə qarşı effektiv peyvənd yoxdur, bu səbəbdən uşaqlara vurulan vərəm əleyhinə peyvənd (KJB) mənasızdır. Bu, belə deyil!

KJB peyvəndi vərəmə yoluxma riskini azaldır və ən əsası vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır. Bu peyvəndin aparılmasına qarşı çıxan valideynlər bununla övladlarını ciddi təhlükəyə atırlar.

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...