Hemofiliya haqqında nə bilirik?


Hemofiliya

Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir.

Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı olan  qadınlardır.

Hemofiliyanın əlamətləri böyük qançırlar, əzələdaxili və oynaqdaxili qanaxmalar, nadir hallarda rast gəlinən qanaxmalar, kəsik, diş çəkdirmə, cərrahi əməliyyat, bədbəxt hadisə, xüsusən baş zədələnmələrindən sonra uzunmüddətli qanaxmalardır.

Müalicə aşağıdakı hallarda tələb olunur:

•  oynaqdaxili qanaxmalar zamanı

•  əzələdaxili (xüsusiləəl və ayaqlarda baş verən) qanaxmalar zamanı

•  boyun, ağız, dil, üz və gözlərin zədələnmələri zamanı

•  başın güclü zədələnmələri və baş ağrıları zamanı

•  müxtəlif nahiyələrdə daimi və güclü qanaxmalar zamanı

•  müxtəlif nahiyələrdə bərk ağrı və şişkinlik zamanı

•  əməliyyat vasitəsilə tikişlər tələb olunan hər bir açıq yara zamanı

•  qanaxma törədə biləcək hər bir bədbəxt hadisədən sonra

Hemofiliyanın müalicəsi zamanı çatışmayan laxtalanma faktoru inyeksiya üsulu ilə yeridilir. Bu da səmərəli nəticə verir.

Stomatoloji əməliyyat daxil olmaqla, cərrahi əməliyyatdan və qanaxmaya səbəb ola biləcək müdaxilələrdəəvvəl hemofiliyalı xəstələrin MÜTLƏQ müalicəsi aparılmalıdır! 

ƏLAVƏ MƏLUMAT ALMAQ ÜÇÜN MÜRACİƏT ET:

HEMOFİLİYALI XƏSTƏLƏRİN RESPUBLİKA ASSOSİASİYASI

TEL.: (+99412) 513 15 39

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

ELMİ-PRAKTİK HEMOFİLİYA MƏRKƏ

TEL.: (+99412) 431 30 60

SON YENİLİKLƏR

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...

İnfarkt və İnsultun profilaktikası

25.07.2016
Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə pro...