Peyvənd


Peyvənd

İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında hətta ölümlə nəticələnə bilər, peyvənd isə uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabilliyəti) yaradır. Buna görə də uşaqların bu xəstələliklər əleyhinə peyvənd olunması vacibdir.

Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan qaldırılıb. Azərbaycanda ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilb. 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.

Hazırda Azərbaycanda Hepatit B, vərəm, poliomielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır.

Dövlət tibb müəssisələrində PEYVƏNDLƏR PULSUZ EDİLİR.

Qızılca

Qızılca - kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır. Xəstəliyin əlamətləri - bədən hərarətinin yüksəlməsi, zökəm, gözün selikli qişasının iltihabı, işıqdan qorxma, mərhələli səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə ağırlaşmalar (pnevmoniya, meningit, ensefalit və s.) baş verir.

Məxmərək

Məxmərək-yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri-ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpgilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar (artritlər, oynaqlarda ağrılar, ensefalit, qanın laxtalanması ilə bağlı problemlər və s.) baş verir. Hamilə qadının məxmərəyə yoluxması hamiləliyin pozulması ilə nəticələnə bilər.

Yoluxucu xəstəliklərin başlıca profilaktika yolu peyvənddir!

Epidemik parotit

Epidemik parotit-yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin ən xarakterik əlaməti - qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Digər əlamətlər çeynəmə və udqunma zamanı ağrı, ümumi halsızlıq, oğlanlarda xayaların, qızlarda yumurtalıqların ağrılı və həssas olmasıdır. Epidemik parotit xəstəliyi nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilər. Kişilərdə və yeniyetmə oğlanlarda bu ağırlaşmadan bəzən sonsuzluqla nəticələnən xayaların bir və yaxud ikitərəfli iltihabını (orxit) qeyd etmək olar. Patoloji prosesə mədəaltı vəzi cəlb olunduqda, şəkərli diabetin inkişafı ilə ağırlaşma müşahidə oluna bilər.

Qızılcanın, epidemik parotitin və məxmərəyin profilaktikası

Qızılca, epidemik parotit və məxmərək əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə ( 3 (üç)infeksiyaya qarşı) peyvənd təqviminə uyğun olaraq, uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur.

Peyvəndlərin məhz vaxtında və bütövlükdə aparılması uşaqların sağlamlığını qoruyur!

Difteriya

Difteriya-hava - damcı yolu ilə yayılan kəskin yoluxucu xəstəlikdir. İnfeksiya mənbəyi xəstələr və bakteriya gəzdirciləridir. Xəstəliyin əlamətləri boğaz ağrısı, boğazda qızartı, narahatlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün ərzində udlaq badamcıqlarının əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər böyüməsi, onun nahiyəsinin şişməsi, burundan serroz-qanlı möhtəviyyatın ifraz olunması və s. Xəstəliyin ilk günlərində difteriyalı xəstədə ürək ritmini pozan və ürək çatışmazlığına səbəb olan miokardit inkişaf edə bilər. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə digər fəsadlar da baş verir. Difteriyanın ağır forması zamanı udlaqda inkişaf edən ödem (şişkinlik) tənəffüs yollarını tutur və yaranan asfiksiya (boğulma) nəticəsində ölüm baş verir.

Göyöskürək

Göyöskürək- tənəffüs yolunun yoluxucu xəstəliyidir, hava-damcı yolu ilə çox asan yayılır. Belə xəstələrdə 4-8 həftə davam edən “hürücü” öskürək müşahidə edilir. Xəstəlik ən çox 1 yaşa qədər uşaqlar üçün təhlükəlidir. İlk olaraq, uşaqda adi soyuqdəymə əlamətləri müşahidə olunur, tədricən isə davamlı (əsasən gecə saatlarında müşahidə olunan) öskürək tutmaları başlayır . Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar qeydə alınır. Onlardan ən yaylmış və ölümlə nəticələnən fəsad - bakterial pnevmoniyadır. Bundan əlavə, qıcolmalar və qısamüddətli bayılma da baş verə bilər.

 

Yaş

 

 

Peyvəndlər

 

Doğumdan sonra

(12 saat ərzində)

HepB - hepatit B xəstəliyinə qarşı

 

4-7-ci gün

 

 

BSG - vərəm əleyhinə

OPV - poliomielitə qarşı

 

2 ay

 

Hib - difteriya, göyöskürək, tetanus, hepatit B vəB tipli hemofil infeksiyayaqarşı

OPV - poliomielitə qarşı

Pk - pnevmokok infeksiyasına qarşı

 

3ay

 

Hib - difteriya, göyöskürək, tetanus, hepatit B və

B tipli hemofil infeksiyaya qarşı

OPV - poliomielitə qarşı

 

4ay

 

Hib - difteriya, göyöskürək, tetanus, hepatit B və

B tipli hemofil infeksiyaya qarşı

OPV - poliomielitə qarşı

Pk - pnevmokok infeksiyasına qarşı

 

6ay

 

Pk - pnevmokok infeksiyasına qarşı

 

12ay

 

QPM - qızılca, parotit və məxmərəyə qarşı

 

18ay

 

 

GDT - difteriya, göyöskürək və tetanusa qarşı

OPV - poliomielitə qarşı

 

6 yaş

 

 

QPM - qızılca, parotit və məxmərəyə qarşı

DT - difteriya və tetanusa qarşı

 

Tetanus

Tetanus - xəstəliyi törədən bakteriayalara daim ətraf mühitdə rast gəlmək olar. Tetanus insandan-insana keçmir. İnsan tetanusa yara və yaxud kəsik səthinə torpaq hissəciklərinin daxil olduğu zaman yoluxa bilər. Bu bakteriyalar ən çox dərin deşilmiş yaralarda inkişaf edir.

Teatnusun xarakterik əlamətləri - çeynəmə əzələrinin qıcolmasıdır. Daha sonra qıcolmalar boyun əzələlərinə keçir və udqunmanı çətinləşdirir. Bu proses güclü əzələ gərginliyi, ürək ritminin pozulması, koma və s. ağırlaşmalarla nəticələnir. Ölüm halları daha çox azyaşlı uşaqlar və yaşlılar arasında qeydə alınır.

B tipli hemofil çöplər tərəfindən törədilən xəstəliklər (HİB infeksiya)

B tipli hemofil çöplər - insandan-insana hava-damcı yolu ilə keçir. Uşaqlar arasında qeydə alınan B tipli hemofil çöplər tərəfindən törədilən xəstəliklərin 90 %-dən çoxu təhlükəli infeksion xəstəliklərdir (pnevmoniya, sepsis, epiqlotif, septiki artrit, osteomielit, abses, perikardit). Xəstəliyin böyük qismi 2 yaşa qədər uşaqlar arasında qeydə alınır. HİB meningiti keçirmiş uşaqlar arasında bir sıra müalicə olunmayan ciddi nevroloji qüsurlar inkişaf edə bilər. Belə uşaqlar əqli inkişafdan geri qalma və eşitmənin itirləməsi kimi hallara məruz qalır və ömürlük əlil olurlar. Xəstələrin 5-10%-də xəstəlik ölümlə nəticələnir.

Peyvəndlərdən imtina etməyin!

Hepatit B

Hepatit B- xəstəliyinin törədicisi hepatit virusudur. Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir. Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya aşağıdakı yollarla ötürülür: qeyri-steril inyeksiya və ya əməliyyat zamanı, xəstə anadan doğulmuş uşağa, yoxlanılmamış qan köçürmələri, cinsi əlaqə zamanı və s. Uşaqda bu infeksiya adətən əlamətsiz keçir, yoluxmuş uşaqlar daha çox xronik daşıyıcı olur. Yoluxmuş insanlarda ilk növbədə ümumi soyuqdəymə, mədə-bağırsaq pozğunluqları və soyuqdəymə əlamətləri özünü göstərir. Bu zaman xəstədə sidik, nəcis ağımtıl olur, bədəndə sarılıq müşahidə olunur. Dəqiq diaqnoz qoyulması üçün xəstə həkimə müraciət etməlidir.

Difteriyanın, göyöskürəyin, tetanusun, HİB infeksiyanın və hepatit B-nin profilaktikası

Difteriya, göyöskürək, tetanus, HİB infeksiya və hepatit B-dən qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hepatit B əleyhinə Hepatit B vaksininin ilk dozası yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində vurulmalıdır. Daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, HİB infeksiya və hepatit B-yə qarşı 1 yaşına qədər kombinə olunmuş beşkomponentli GDT Hib HepB vaksini ilə 3 dəfə, 2 yaşına qədər yalnız GDT (göy öskürək, difteriya, tetanus) vaksini ilə 1 dəfə, 6 yaşda yalnız DT ( difteriya və tetanus) vaksini ilə 1 dəfə peyvənd olunmalıdırlar.

Çoxkomponentli vaksinin üstünlüyü bir neçə xəstəliyə qarşı vaksinlərin bir inyeksiyada yeridilməsidir.

Vərəm

Vərəm- hava-damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir, adətən, ağciyərləri, bəzən isə sümük, beyin, dəri və s. orqanları zədələyir.

Vərəmin əsas əlamətləri-ümumi halsızlıq, hərarət, yüksək dərəcədə tərləmə, çəkinin itirilməsidir. Ağciyər vərəmi olan xəstədə daima öskürək, bəzən qanhayxırma və döş nahiyəsində ağrılar müşahidə olunur. Vərəm xəstəliyinə yoluxmuş xəstələr mütləq həkimə müraciət etməli və spesifik terapiya kursu keçməlidirlər.

Vərəmin profilaktikası

Vərəm infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə bütün yenidoğulmuşlar 4-7 günlükdə vərəm əleyhinə peyvənd olunmalıdırlar. Bu peyvənd uşaqlar arasında vərəm meningiti və vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır. 

Poliomielit

Poliomielit-sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Xəstəliyin əsas əlamətləri-hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrılarıdır. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir.

Poliomielitin profilaktikası

Təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini ilə peyvənd edilməlidirlər. Vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2,3,4 və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək mütləq vaksinin 5 dozasını almalıdır.

 

Diqqət!

1. Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər isə inyeksiya yolu ilə verilir!

2. Bir yaşa qədər uşaqlarda bu inyeksiyalar bud əzələsinə vurulur!

3. Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyalar barədə həkimdən öyrənin!

4 .Peyvənndən sonra reaksiya olduqda həkimə dərhal müraciət edin!

SON YENİLİKLƏR

Koronavirus infeksiyası

04.03.2020
Коронавирусы (КоВ) – многочисленное семейств�...

Hemofiliya

08.09.2016


Şəkərli diabet (uşaqlarda)

25.07.2016
Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalan�...

Ana südü ilə qidalanmanın üstünlükləri

25.07.2016
Ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissə...