Sümük iliyi transplantasiyasına qeyri-qohum donorların cəlb olunması haqda qanun qəbul ediləcək

Son yeniliklər

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2017-ci ildə 9 xəstəyə sümük iliyi transplantasiya əməliyyat uğurla həyata keçirilib.  Ümumilikdə 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyata həyata keçirilib.  Bu barədə Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva 8 may- Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən mətbuat konfransında deyib.

N.Əliyevanın sözlərinə görə,  sümük iliyi transplantasiyasının keçirilməsi üçün xəstə və donorun bacı qardaş olması əsas şərtdir: " Lakin Mərkəzdə qeydiyyatda olan 2900-dən çox xəstənin yalnız  300-400-ü bacı-qardaş uyğunluğu olub. Digər səbəb uzun müddət qan vurulan xəstələr olduqları üçün onlarda ürək qaraciyər problemləri olur ki,  bu da müayinə olunmadan əməliyyatın keçirilməsinə imkan vermir. Şöbədə ildə 20-21 əməliyyat keçirilir. Bundan artıq keçirmək imkanımız yoxdur.  Sümük iliyi transplantasiyasında əsas problemlem donordur".

Respublika  Talessemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qeyd edib ki, qeyri-qohumlardan sümük iliyi  transplantasiyanın aparılması üçün qanunvericlikdə müəyyən dəyişiklər olmalıdır: "Daha doğrusu Milli Məclis tərəfindən ayrıca qanun qəbul edilməlidir. Milli Məclisin yaz sessiyasında ölkəyə gözün buynuz qişanın xaricdən gətiirlməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Gözləyiirik ki, payız sessiyasında sümük iliyi transplantasiyası üçün qeyri-qohum donorların cəlb olunması barədə qanun qəbul ediləcək".

Mərkəzin ötən ildən Avropa Talassemiya Federasiyanın həqiqi üzvü olduğunu deyən C. Məmmədov söyləyib ki, lakin Azərbaycanın qanunvericiliyində qeyri-qohumlardan alınan sümük iliyinin xaricdən gətirilməsi mümkün olmadığından nə donor cəlb edə bilir, nə də özüümüz harasa donor verə bilirik: "Məsələ  bu il həllini tapmalıdır. Bununla bağlı artıq müəyyən instansiyalar müraciət etmişik. Qanunvericilikdə donor mübadiləsi öz əksini tapandan sonra artıq Azərbaycanda qeyri-qohumlardan sümük iliyi transplanasiyası həyata keçiriləcək".