Ötən il Azərbaycanda doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəm olub

Son yeniliklər

Keçən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəmlərdir.