Gözün buynuz qişasının toxumalarının ölkəyə gətirilməsi ilə bağlı İşçi qrupu yaradılacaq

Son yeniliklər

Gözün buynuz qişasının toxumalarının ölkəyə gətirilməsi ilə bağlı İşçi qrupu yaradılacaq  AÇIQLAMA

Azərbaycanda gözün buynuz qişanın transplantasiyası üçün hansı problemlər olduğunu araşdırılması üçün İşçi qrupu yaradılacaq. Artıq Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bununla bağlı müvafiq nazirliklərə müraciət edib”. Bunu açıqlamasında  Milli  Məclisin Səhiyyə Komitəsinin sədir müavini Musa Quliyev deyib.   

Onun sözlərinə görə, müvafiq nazirliklər tərəfindən ekspertlər təqdim olunduqdan sonra məsələ ilə bağlı İşçi qrupu yaradılacaq: 

“İşçi qrupu problemlərin həlli ilə bağlı  nə kimi qanunvericilik, hüququ addımlar atılacağını müəyyənləşdirəcək. Bununla bağlı müəyyən qanunlara dəyişiklik nəzərdə tutulur. Lakin bunun üçün İşçi qrupu ilk növbədə monitorinq apararaq hansı qanun və əsasnamələrdə dəyişikliyin edilməsini müəyyənləşdirməlidir. Bununla da həm daxili meyitlərdən gözün buynuzlu qişasının götürülməsi , həm də xaricdən gətirilməsi məsələləri öz həllini tapacaq”.

Dünyanın ən böyük buynuzlu qişa bankının İranda olduğunu xüsusi qeyd edən millət vəkili  bildirib ki, bunu İranla yanaşı, Rusiya və Türkiyədən də Azərbaycana gətirmək mümkündür.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Milli Məclisin Səhiyyə Komitəsinin iclasında çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi mərkəzdə 2987 nəfəri bu əməliyyatla bağlı qeydiyyatda olduğunu açıqlamışdı. O qeyd edib ki, gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan, xəstələr əməliyyat olunmur.