Azərbaycanda ilk dəfə olaraq duktoqrafiya müayinəsi aparılır

Son yeniliklər

Respublikamızda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında duktoqrafiya müayinəsi aparılır.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, bu müayinə vasitəsilə qadın xəstəlikləri zamanı süd vəzindən ifrazatın gəlmə səbəbi və mənşəyi təyin edilir. Müayinə ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı, klinikanın aparıcı mammoloq-radioloqu Günel Qəmbərova tərəfindən aparılır.