4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü

Son yeniliklər

Hər il 4 fevral tarixində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xərçəngi Araşdırma üzrə Beynəlxalq Agentliyi bu xəstəliyin yükünün yüngülləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində Xərçəngə Qarşı Beynəlxalq İttifaqa yaxından dəstək göstərir. 2016-2018-ci illər Ümumdünya Xərçənglə Mübarizə günü “Biz bacarırıq. Mən Bacarıram.” sloqanı altında insanları fərdi və ya kollektiv şəkildə 20 ildən qısa müddətdə hər il 24 milyon insanın ölümünə səbəb olacaq bir xəstəliyə qarşı mübarizədə aktiv olmağa təşviq edir. Bu mesajı insanlara çatdırmaq üçün fərdlərin, təşkilatların, idman azerkeşlərinin “İdman yolu ilə dəstək” təşəbbüslərindən geniş istifadə olunur.

Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatı (UICC) dünyanın 160 ölkəsində əhəmiyyətli xərçəng təşkilatları, sağlamlıq araşdırma institutları, müalicə mərkəzləri və xəstə qrupları təmsil edən 1000-dən artıq üzvü olan ən böyük xərçənglə mübarizə təşkilatıdır. Qurum xərçəng təşkilatlarını qlobal xərçəng yükünü azaltmaq, daha çox bərabərlik yaratmaq, xərçəngə nəzarəti gücləndirmək, üzvlərini birləşdirmək və qoruma təşəbbüslərinə rəhbərlik etməyə həsr olunub.

Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatının (UİCC) İcra heyətinin rəhbəri Keri Adams bildirir: “Ümumdünya Xərçəng Günündə biz insanlara xərçənglə mübarizədə fiziki aktivliklə ilham vermək istəyirik. İldə 4,5 milyona bərabər olan bütün xərçəng xəstələrinin üçdə birindən çoxu fiziki aktivliyi artırmaqla və oturaq həyatdan imtina etməklə həyat tərzinə dəyişiklik edə bilir. Çox sayda insan müalicə müddətində və müalicədən sonrakı müddətdə faydalanacaqları bir çox idman aktivitələrini tapır. Fiziki aktivlik sadəcə həyat tərzini dəyişməyə kömək etmir, həmçinin xərçəng xəstələrinə yorğunluq, depressiya, ürək problemlərinin müalicəsində, eləcə də xəstəliyin ağırlaşmasına səbəb olan riski azaltmaqda və ya xəstəliyin təkrarlanmamasında əhəmiyyətli yardım göstərir. Araşdırmlar göstərir ki, məsələn, sinə xərçəngi xəstəliyinə tutulma riski fiziki aktivlik sayəsində yüzdə qırxa qədər azala bilir”.

Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatının prezidenti professor Sanchia Aranda isə qeyd edir ki, Ümumdünya xərçəng günündə hər kəsi idmana cəlb etməklə fiziki aktivliyin geniş yayılmasına mükəmməl addım atmış olarıq.  Nizamlı şəkildə idman etmək dünyada insanların xərçəng riskini azalda bilən ən sadə və əyləncəli yollardan biridir. İdmanla bağlı, eyni zamanda sağlam qidalanmanın əhəmiyyəti haqqında olan mesajlarımız xərçənglə mübarizədə birlikdə çalışmaq və ortaq hədəflərə çatmaq üçün bir-birimizə dəstək verməyimizlə əlaqəlidir.

Xərçəng hər kəsə fərqli şəkildə təsir edir, hər bir kəs də onun təsirini azaltmaq üçün hərəkətə keçmə gücünə sahibdir. Ümumdünya Xərçəng Günü  isə edə biləcəklərimizi düşünmək və hərəkətə keçmək üçün bir şansdır.