12 mart - Ümumdünya Qlaukoma Günü

Son yeniliklər

Ümumdünya Qlaukoma İctimai Birliyinin (WGA) və Ümumdünya Qlaukoma Xəstələri Birliyinin təşəbbüsü ilə yaradılan Ümumdünya Qlaukoma Günü 2008-ci ildən etibarən hər il martın 8-i bütün dünyada qeyd olunur. Bu günün əsas məqsədi əhalinin geniş kütləsinə qlaukoma xəstəliyinə qarşı mübarizəyə yönəlmiş məlumatları çatdırmaqdır. Hazırda qlaukoma korluğa və zəif görməyə səbəb olan əsas xəstəliklərdən biridir. Dünyada qlaukoma xəstələrinin sayı 100 milyona qədər çatmaqdadır. Gözün birneçə xəstəliklərinin ilkin mərhələsi tamamilə simptomsuz keçir. Və onlardan biri də qlaukomadır. Bu xəstəlik 40 yaşdan yuxarı insanlarda yaşla əlaqəli olan təbbi fizioloji preseslə, görmə qabiliyyətinin tədricən azalması ilə inkişaf edə bilir. Qlaukoma xəstəliyi insanın öz sağlamlığına ciddi yanaşmasını və daima həkim müayinəsindən keçməyi tələb edir.

Qlaukoma xəstəliyi nədir? Qlaukoma - göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. İnsan gözündə olan maye gözün qidalanması üçün əsaslı əhəmiyyət daşıyır. Bu maye eyni zamanda müntəzəm şəkildə kanallar vasitəsi ilə xaric olunur. Qlaukoma göz daxilində olan mayenin rahat boşala bilməməsi nəticəsində yaranır və əsasən mayenin boşalmasının təmin edən kanalları zədələyir. Göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təziqi yüksəlir və təziqin yüksəlməsi nəticəsində görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Göz təziqinin yüksəlməsi nəticəsində qabaqlayıcı tədbirlər görülmədiyi halda insanın görməsində daralmalar başlayır. Görmə məsafəsinin daralması ədətən ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Proses bütün hüceyrələrin məhv olmasına qədər davam edir və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük korluq halı baş verir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması, şəkər xəstəliyi, təzyiq, uzaq və yaxın görmədən əziyyət çəkmə kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Bunun üçün həkimə gec olmadan müraciət etmək lazımdır. Zamanında xəstəliyin aşkarlanması və müalicə olunması gözdaxili təzyiqi normada saxlamağa və gələcəkdə qlaukoma xəstəliyinin yaranmasının qarşısını almağa kömək edir. Ona görə də, daimi olaraq oftalmoloqda profilaktik məqsədlərlə müayinədən keçmək və 40 yaşdan yuxarı insanlarda qlaukoma xəstəliyinin ilkin əlamətləri aşkarlandıqda mütəmadi olaraq həkim nəzarətində olmaq vacibdir.

Hansı əlamətlər narahat olmağa və həkimə müaricət etməyə səbəbdir?

* Görmə qabiliyyətinin tədricən pisləşməsi;

* Parlaq işığa baxdıqda əlvan halqalar görmək;

* Gözdə və qaşın alt hissəsində, ağrı, təzyiq hissi;

* Bulanıq görmə, baxış səhəsinin qeyri-dəqiq görülməsi, gözün daxili küncündə periferik görmə sahəsinin daralması;

Hətta bu kimi əlamətlər olmadıqda belə, 40 yaşdan yuxarı insanlar daima göz həkimində müayinədən keçməlidirlər. Əgər həkim sizdə qlaukoma xəstəliyinin müəyyən risk faktorlarını aşkar edibsə, yarım ildə bir dəfədən gec olmayaraq həkim müayinəsinə getmək vacibdir. Unutmaq olmaz ki, qlaukoma xəstəliyi əlamətsiz keçir və onu yalnız həkim müayinəsi nəticəsində zamanında aşkarlamaqla görmə qabiliyyətinin itirilməsinin qarşısını almaq olar.