Uşaq travmatizmi: faktlar və profilaktika

Son yeniliklər

Ümumi məlumat

 

Təsadüfi travmalar nəticəsində hər gün dünyada 2000 ailə övlad itkisi ilə üzləşir. Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr uşaqların sağlamlığı və həyatına ciddi təhlükə törədir.

Travmatizmin profilaktikası tədbirləri hər gün 1000-dən çox həyat xilas edə bilər. Bu tədbirlərin çoxu müvafiq qanunvericilik və onun icra olunması, eləcə də səhiyyə sistemi vasitəsilə dövlət tərəfindən tətbiq olunur.

Lakin elə tədbirlər var ki, biz onları bir valideyn, baba-nənə, müəllim və ya cəmiyyətin bir üzvü kimi uşaqları qorumaq üçün edə bilərik. Burada əks olunan məlumatlar uşaqları travmalardan qorumaq üçün nə edə biləcəyimiz barədə sadə tədbirləri təsvir edir.

 

Uşaq travmatizmi barədə faktlar

 

•  Hər il yaşı 18-dək olan təxminən 830 000 uşaq təsadüfi travmalar nəticəsində həlak olur.

• Təsadüfi travmalar 9 yaşadək uşaqlar arasında aparıcı ölüm səbəbidir.

• Uşaqlar arasında yol-nəqliyyat travmaları və suda batma bütün təsadüfi travmaların təxminən yarısını təşkil edir.

• Hər il on milyonlarla uşaq travmalara görə xəstəxanalarda müalicə olunur.

• Yol-nəqliyyat travmaları və yıxılmalar uşaq əlilliyinin əsas səbəbləridir.

• Uşaq travmatizminin 95%-i aşağı və orta gəlirli ölkələrin payına düşür.

• Yüksək gəlirli ölkələrdə uşaq travmatizmi bir problem olaraq qalır və bütün uşaq ölümlərinin 40%-ni təşkil edir.

• Bir çox yüksək gəlirli ölkələr son 30 il ərzində profilaktika tədbirlərində çoxsektorlu vəhərtərəfli yanaşmaları tətbiq etməklə uşaq travmatizmindən baş verən ölüm hallarını 50%-dək azalda bilib.

 

Yol-nəqliyyat travmaları

 

Faktlar

• Dünyada hər gün 720 uşaq yol-nəqliyyat qəzalarında həyatını itirir.

• Dünya miqyasında yol-nəqliyyat travmaları 10-19 yaşlı insanların aparıcı ölüm səbəbidir.

• Yüksək və orta gəlirli ölkələrdə yol-nəqliyyat hadisələrində ölümlərin əksəriyyəti piyadalar, avtomobil və ya iki təkərli nəqliyyatın sərnişinləri arasında baş verir.

• Yüksək gəlirli ölkələrdəən çox ölüm təcrübəsiz sürücülər arasında olur.

• Uşaqlar arasında daha çox baş verən qeyri-ölümcül zədələnmələrə baş-beyin vəəl-ayaq travmaları aiddir.

• Yol-nəqliyyat travmaları uşaq əlilliyinin aparıcı səbəbidir.

Yanlış fikir: Mən öz uşağımı qəza zamanı qoruya bilərəm.

Avtomobillə hərəkət edərkən heç vaxt uşağı qucağınızda saxlamayın. Bu halda qəza zamanı uşağı qorumaq mümkün deyil. Sürəti 60 km/saatda hərəkət edən avtomobilin qəza zamanı içərisində irəli hərəkət edən uşağı saxlamaq 500 kq ağırlığında yükü dayandırmaq cəhdinə bərabərdir. Sınaqlar göstərir ki, avtomobil qəzası zamanı uşaq qucaqdan çıxaraq avtomobilin içərisinə çırpılır və hətta qabaq şüşəni bədəninin zərbəsi ilə sındıraraq çöləatılır.

Nə etmək lazımdır?   

•   Nümunəvi olun: sürəti artırmayın, içkili vəziyyətdə nəqliyyatı idarə etməyin, yol hərəkəti qaydalarını pozmayın və həmişə təhlükəsizlik kəmərindən istifadə edin

• Əmin olun ki, avtomobillə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdə xüsusi oturacaqlarda düzgün yerləşdiriliblər.

•  Əmin olun ki, velosiped və ya motosikletlə hərəkət edən uşaqlar yaşlarına uyğun ölçüdədəbilqədən istifadə edirlər.

• Digər yol hərəkəti iştirakçıları üçün daha yaxşı görünməsi məqsədilə yollarda piyada və ya velosipedlə hərəkət edən uşaq və yeniyetmələri ağ və ya parlaq rəngi olan, ya da işıq qaytaran geyimdən istifadə etməyə həvəsləndirin.

• Yol keçməzdəəvvəl dayanmaq və diqqətlə yola nəzarət etməyi, təhlükəsiz yeraltı vəyerüstü piyada keçidlərindən istifadə etməyi uşaqlara öyrədin.

Hansı xüsusi avtomobil oturacağı uşaq üçün yararlıdır?

Avtomobilə quraşdırılacaq oturacağın uşağa münasib olması onun boyu və bədən çəkisi iləölçülür. Təhlükəsizliyi təmin edən uşaq oturacaqları çox vaxt bədən çəkisi dərəcələrinəuyğun qruplara bölünür. Bəzi oturacaqlar bir neçə bədən çəkisi dərəcəsinə uyğunlaşdırıla bildiyinə görə uşağın bədən çəkisi artdıqda belə onlardan istifadə etmək mümkündür. Xüsusi oturacağın uşağınız üçün yararlı olmasına və avtomobilinizdə düzgün yerləşdirilməsinəəmin olmaq üçün oturacaq istehsalçısının təlimatlarına riayət edin.

407

 

Suda batma

 

Faktlar

  Dünyada hər gün 480 uşaq suda bataraq ölür.

•  Hər il 2-3 milyon uşaq və yeniyetmə suda batmaq təhlükəsi ilə üzləşir.

•  Dünya miqyasında beş yaşadək uşaqların suda batma riski çox yüksəkdir - körpələr hətta bir neçə santimetr dərinliyi olan suda bata bilərlər.

•  Suda batma səbəbindən baş verən uşaq ölümlərinin 98%-i aşağı və orta gəlirli ölkələrin payına düşür.

•  Yüksək gəlirli ölkələrdə uşaqların suda batması daha çox hovuzlarda baş verir.

Yanlış fikir: Mənim uşağım suda üzə bilir, o batmayacaq.

Suda üzmək çox yaxşı bacarıqdır və bütün uşaqlar bunu öyrənməlidir. Lakin, hətta ixtisaslı üzgüçülər çətinliklərlə qarşılaşaraq suda bata bilərlər. Xüsusilə 5 yaşadək uşaqlar nəzarətsiz buraxılmamalıdır və uşaqların üzgüçülük dərslərinə getməsi bəhanəsi nəzarətsizliyə səbəb olmamalıdır.

Nə etmək lazımdır?

•  Evin içi vəətrafında olan bütün təhlükə yarada bilən su mənbələrinin üstünü örtün və ya aradan götürün: quyular, hovuzlar vəətrafınızda balaca yaşlı uşaqlar varsa, hətta su ilədolu vedrələr.

•  Hovuz ətrafını hərtərəfli hasarlayın.

•  Əmin olun  ki, uşaqlar suda üzərkən və ya suya yaxın olduqda siz və ya başqa böyüklər onlara daim nəzarət edir.

•  Qayıqda üzərkən həmişə həm özünüz, həm də uşağınız xilasedici jiletdən istifadə edin.

Bunlar təhlükəlidir!

Uşaqları su olan vanna içində nəzarətsiz qoymayın. Unutmayın ki, vanna üçün uşaq oturacaqları və hovuz üçün bərk olmayan elastik örtüklər suda batmağın qarşısını almaq üçün nəzərdə tutulmayıb. Hovuz ətrafında olan uşaqlara ciddi nəzarət edin. Yanlış təhlükəsizlik təsəvvürü yaradan qurğular şəxsi nəzarətəvəz etmir.

 

Yanıqlar

 

Faktlar

•  Dünyada hər gün 260 uşaq müxtəlif yanıq səbəbindən ölür.

•  Qaynar əşyalar, cihazlar və mayelər, alov, kimyəvi maddələr, elektrik və günəşin təsiri yanıqlara səbəb ola bilər.

•  Aşağı və orta gəlirli ölkələrdə yanıqlar səbəbindən baş verən ölüm halları yüksək gəlirli ölkələrin göstəricilərdən 11 dəfə çoxdur.

•  Körpələrin yanıqlar səbəbindən ölüm riski yüksəkdir.

•  Yanğın zamanı yüksək ölüm riski həm də tüstüdən zəhərləmə ilə bağlıdır.  

•  Azyaşlı uşaqlarda yanıqlar təxminən 75% hallarda qaynar maye, qaynar su və ya buxar səbəbindən baş verir.

Yanlış fikir: Kərə yağı, şəkər və ya bitki yağı yanıqları tez sağaldır.

Yanıq baş verdikdə heç bir halda kərə yağı, şəkər, bitki yağı və ya digəənənəvi vasitələrdən istifadə etməyin. Belə maddələr dərinin qopmasına və infeksiyaya daha həssas olan aşağı qatın  açıq qalmasına səbəb ola bilər.

Nə etmək lazımdır?

•  Uşağı yanmasına səbəb olan mənbədən dərhal uzaqlaşdırın və ilk yardım göstərin

•  Su isidicilərinin təhlükəsiz temperaturda olmasına əmin olun.

•  Evdə tüstü siqnalizasiyası qurun və mütəmadi yoxlayın.

•  Kibrit, fişəng və digər tezalışan maddələri uşaqlardan uzaq saxlayın.

•  Məətdə yalnız uşaqlar üçün təhlükəsiz olan alışqanlardan istifadə edin.

•  Yumşaq mebel almazdan əvvəl onun etiketinə nəzər yetirin ki, oddan təhlükəsiz olsun.

406

 

Yıxılmalar

 

Faktlar

•  Dünyada hər gün 130 uşaq yıxılma nəticəsində ölür.

•  Bəzi ölkələrdə təcili yardım klinikalarına gətirilən uşaqların yarısının travmaları yıxılma səbəbindən baş verir.

•  Ölümlə nəticələnən yıxılmaların 66%-i yüksəklikdən yıxılma səbəbindən baş verir.

Nə etmək lazımdır?

•  Azyaşlı uşaqların pilləkəndən yıxılmaması üçün pilləkənin qarşısında qapı quraşdırın vəpilləkəni artıq əşyalardan təmiz saxlayın.

•  Uşaqların yaxılmaması üçün birinci mərtəbədən yuxarı olan pəncərələrə qoruyucu qurğu quraşdırın və evin damına girəcəyi qapalı saxlayın.      

•  Uşaq meydançalarında yer səthində təhlükəsizliyi təmin edən müvafiq materiallardan istifadə edilməlidir (məsələn, rezin və ya dəri), qalxmaq və sürüşmək üçün qurğular təhlükəsiz yüksəklikdə olmalıdır, təhlükəsizlik şəraiti müntəzəm yoxlanılmalı və qüsurlar aradan qaldırılmalıdır.

Yanlış fikir: Bütün uşaqlar yıxılırlar, bunun qarşısını almaq mümkün deyil.

Doğrudur, uşağın yıxılması onun ayaq üstə gəzməyi, qaçmağı və hoppanmağı öyrənməyin normal bir hissəsidir və heç də bütün yıxılmalar təhlükəli deyil. Buna baxmayaraq, uşağın çarpayıdan, masadan, pilləkandan və oyun meydançalarındakı avadanlıqlardan yıxılmasıəksər  travmalara səbəb olur. Bunların da qarşısını almaq mümkündür.

 

Zəhərlənmə

 

Faktlar

•  Dünyada hər gün 125 uşaq zəhərlənmə nəticəsində ölür.

 Ölümcül zəhərlənmə hadisələri ən çox bir yaşadək uşaqlar arasında baş verir, həmçinin narkotik maddələrin və alkoqollu içkilərin dadına baxan 15 yaşlı yeniyetmələr arasında ölümlə nəticələnən zəhərlənmə halları yüksək olur.

•  Aşağı gəlirli və orta gəlirli ölkələrdə ölümcül zəhərlənmə halları yüksək gəlirli ölkələrdən dörd dəfə çoxdur.

Nə etmək lazımdır?

•  Evdə saxlanılması üçün nəzərdə tutulmayan hər hansı zəhərli məhsulu (məsələn, pestisidlər, kerosin) evdən kənarlaşdırın.

•  Bütün dərman və digər zəhərli maddələri (o cümlədən təmizləyici vasitələri) qapalı vəuşaqlar üçün əl çatmayan yerdə saxlayın.

•  Alınan dərmanlar uşaqların aça bilmədiyi qablarda olmalıdır.

•  Ehtiyac yarandıqda təcili yardıma müraciət edin.

Yanlış fikir: Butulkalarda uşaqların aça bilmədiyi xüsusi qapaqlar quraşdırılıb!

Bir çox konteynerlərdə uşaqların aça bilmədiyi xüsusi qapaqlar quraşdırılıb. Bu qapaqlar uşaqlar tərəfindən açılmasının 80% hallarda qarşısının alınması üçün nəzərdə tutulub. Bu o deməkdir ki 20% hallarda uşaqlar qapağı aça bilərlər. Sizin uşağınız onlardan biri ola bilər.  

 

İlkin yardım

 

•  Uşaqlara necə ilk yardım etməyi öyrənin. 

•  Evinizdə və avtomobilinizdə ilk yardım çantası saxlayın.

•  Uşaqlarınıza təhlükəsizlik barədə danışın və öyrədin.

Yanlış fikir: Valideynlər uşaqlarına lazımi dərəcədə nəzarət etdikdə travmalar baş verməyəbilər.  

Heç bir valideyn öz uşağına 24 saat ərzində nəzarət edə bilməz. Hər zaman diqqəti yayan faktorlar əmələ gələ bilər. Burada verilən məsləhətlərə riayət etməklə uşağınızın travma almaq riskini azalda bilərsiniz.

405