Süni hüceyrələr xəstələrin köməyinə gəlir

Son yeniliklər

Aparıcı tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, yeni süni hüceyrələr çarəsiz xəstəliklərin müalicəsində faydalı ola bilər.

Novosibirsk Dövlət Universitetinin əməkdaşları kompleks tədqiqat və təcrübələrdən sonra belə bir nəticəyə gəliblər. Onların sözlərinə görə, tədqiqatın əsas məqsədi unikal hüceyrə xətlərini yaratmaqdan ibarətdir. Mütəxəssislər iddia edirlər ki, iki il ərzində onlar insanları bir çox xəstəliklərdən xilas etmək xüsusiyyətinə malik effektiv dərman preparatları hazırlaya biləcəklər.

Həkimlər bildiriblər ki, süni hüceyrələrdən istifadə etməklə, çarəsiz xəstəliklərin qarşısı alına bilər. Bununla yanaşı, alimlər Parkinson xəstəliyinin, amiotrofik sklerozun və spinal atrofiyanın inkişafı ehtimalını aşağı salacaqlar.

Tədqiqatçı qrupu məlumat verib ki, həkimlər 20-30 ildən sonra insan hüceyrəsində dəyişiklik etməklə irsi xəstəlikləri müalicə edəcəklər.