Respublika Diaqnostika Mərkəzi yeni kampaniyaya başlayır

Son yeniliklər

28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar Bakıda pulsuz hepatit müayinələri təşkil ediləcək.

İyulun 28-dən 30-dək Respublika Diaqnostika Mərkəzində (RDM) təşkil olunacaq müayinələrdə sağlamlığını düşünən hər kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən aparılacaq.

Qaraciyərin iltihabına gətirib çıxaran ciddi virus xəstəliyi hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Hepatitin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması xəstəliyin müalicəsində böyük rol oyanır.

Qeyd edək ki, RDM-də dəfələrlə belə aksiyalar keçirilib.