Koxlear implant ölkəmizdə uğurla icra olunur

Son yeniliklər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən bu gün dünyada 360 milyona yaxın insan karlıq və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu - 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır.

ÜST-ün hesabatına görə, eşitmə itkisinə əsas səbəb kimi genetik faktor (qohum nikahlar )ana bətnində infeksiyalar, müxtəlif səpkili qulaq iltihabları, meninqit, məxmərək və s xəstəliklər ola bilər.

Ölkəmizdə də eşitmə qüsurlu uşaqlar mövcuddur və bu məsələ daim dövlətin diqqət və nəzarətindədir. Belə olan halda 09.09.2015-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri O. Şirəliyev ölkəmizdə bu əməliyyatın icrasına dair əmr imzalayıb. Əmrdə koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyanın yaradılması tapşırılır. 

Yaradılmış komissiya bu günə kimi 250 dən çox lal-kar uşağı qeydiyyata almışdır. Müraciət olunan uşaqlara Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında qulaq burun boğaz xəstalikləri şöbə mudiri tibb üzrə fəlsəfə doktoru Y. Hacıyevin rəhbərliyi altında dövlət hesabına eşitmə testləri və diğər müayinələr aparılır.

Maliyyə baxımından çox baha başa gələn bu əməliyyatların dövlət hesabına icra olunması bir daha dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Müayinələrdən sonra 120 uşaq koxlear implant əməliyyatın icrası uçun seçilmişdir.

Bu günə kimi Azərbaycan Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 18 uşaqda uğurla koxlear implant əməliyyatı aparılmışdır . Hazırda 100dən çox uşaq koxlear implantatsiya əməliyyatı üçün siyahıya alınıb və Səhiyyə Nazirliyinin dəstəyi ilə əməliyyatların icrası davam edir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı