Azərbaycanda onlayn ambulator müraciətin tətbiqinə başlanıb

Son yeniliklər

Səhiyyə Nazirliyinin yeni - “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər.

Bunun üçün uşağın valideynləri esehiyye.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə etməlidir.

Hazırda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidmətindən Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər yararlana bilər.