8 Avqust - Beynəlxalq Oftalmoloq Günüdür

Son yeniliklər

Beynəlxalq Oftalmoloq günü 2004-ü ildən başlayaraq hər il bütün dünyada 8 avqust tarixində dünya miqyasında xüsusi olaraq qeyd olunur. Qeyd edək ki, bu tarix rus alimi, oftalmoloq Svyatoslav Fyodorovun anadan olduğu günlə bağlıdır və bu günün qeyd olunması Sankt-Peterburq şəhərinin Tibbi Palatasının prezidenti Tamaz Mçelidze tərəfindən irəli sürülüb. 

Süni büllurun yaradıcısı olan Fyodorov, 1973-cü ildə qlaukoma xəstəliyini erkən mərhələdə müalicə etmək məqsədilə Skleroplastika adlanan yeni bir cərrahi metod yaradıb. Və bununla yanaşı insanlarda görmə funksiyasının pozulması xəstəliyini müalicə etmək üçün bir çox yeniliklərə imza atıb.

Bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. 

Avqustun 8-də dünyanın bir çox ölkələrində göz həkimləri tərəfindən pulsuz müayinələr və əməliyyatlar həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)statistikalarına dünya üzrə 285 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyt çəkir. Bu insanların 39 milyonu görmə funksiyasını tam itirib, 246 milyonu isə görmənin zəifləməsindən şikayət edirXüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirəinsanların 82 faizi, 50-dən yuxarı yaş qürubuna daxildir və 285 milyon insandan, 19 milyonu uşaqlardır.