26 iyun – "Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü"dür

Son yeniliklər

1987-ci il dekabrın 7-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının qəbul etdiyi 42/112 saylı qətnaməyə əsasən, 26 iyun Narkomaniyaya və Narkobiznes dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü elan edilmişdir.

Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü əksər ölkələrdə tədbirlərin keçirilməsi ilə qeyd olunur. İstifadəçilərin sağlamlığı üzərində ciddi problemlər yaratdığına görə Narkomaniyaya və Narkobiznesə qarşı mübarizə dünya səviyyəsində aparılır. Bu məqsədlə Azərbaycanda da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və digər ictimai təşkilatların həyata keçirirdiyi maarifləndirici tədbirlər və göstərilən yardım nəticəsində insanlar bu zərərli davranış haqda məlumatlandırılır və ondan uzaq durmağa çalışırlar.

Narkotik maddələrin istifadəsi bir sıra xəstəliklərin yayılmasına, ölkə iqtisadiyyatının zəifləməsinə zorakılıq hallarının və cinayətlərin artmasına təkan verir.

Narkotiklərin qəbulu insanın  bütün orqanlarına - ürək- damar, böyrək, qaraciyər,  mədə-bağırsaq sistemi, bir sözlə bütün orqanların normal fəaliyyətinin pozulmasına və xəstəliklərin yaranmasına səbəb olur, insan ömrü 10-15 il qısalır, psixi problemlər yaranır, depressiya halları və aqressivlik müşahidə olunur. Insan şəxsiyyətinin formalaşmasında  tənəzzülləşmə dövrü baş verir, maraqlar adiləşir, yaddaş zəifləyir, həyata maraq itir. Nəticədə insanda fiziki və mənəvi “çökmə” baş verir.