Hamısını göstər

ƏN SON YENİLİKLƏR

Xəstəliklər üzrə ən son əlavə olunanlar

Bronxial astma

Astma öskürək, fitverici tənəffüs, təngnəfəslik, döş qəfəsində ağrı və sıxılma hissi və tənəffüsün çətinləşməsi simptomları ilə müşayiət olunan xronik xəstəlikdir.

Daha ətraflı

Süd vəzisi xəstəlikləri

Süd (döş) vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilməsi tələb olunur. Həkim süd vəzi xəstəliyinə elə yanaşmalıdır ki, bədxassəli süd vəzi xəstəlikləri tez müəyyən edilsin və müalicə olunsun.

Daha ətraflı

Cinsi orqanların insan papilloma virusu infeksiyası

İPV (HPV - Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur.

Daha ətraflı

Hiperxolesterinemiya

Hiperxolesterinemiya qanda xolesterin səviyyəsinin həddindən artıq yüksəlməsidir. Xolesterin muma oxşar, yağ kimi maddədir və təbii halda hüceyrələrin divarlarında olur.

Daha ətraflı

Vərəm haqqında 5 mif

Vərəm xəstəsilə birgə ictimai nəqliyyatda (şəhərdaxili) getmək kifayət edir ki, bu xəstəliyə yoluxub xəstələnəsən. Bu, belə deyil!

Daha ətraflı

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına əmin olmaq üçün müalicədən bir neçə həftə sonar təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Daha ətraflı

MARAQLI FAKTLAR

SAĞLAMLIĞIN SİRRİ
Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur.

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur. Hollandiya və İngiltərə alimləri belə nəticəyə gəlmişlər.

Siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər.

Mə lumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir. Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir. Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat olanlarda o qədər təhlükə olmur və həmin ağır fəsadları bərpa etmək olur. Bu cür nəticələr neyrocərrahlara əməliyyatlarda olan uğursuz nəticələrin səbəblərini müəyyən etməyə imkan verir.

Fiziki hərəkətlər beynə antidepressant preparatlar kimi təsir göstərir.

İsveçrəli həkim Astrid Byörnebekk müəyyən etmişdir ki, idman hərəkətləri yeni beyin hüceyrələrinin əmələ gəlməsinin stimullaşdırır və depressiyaya qarşı özünəməxsus bir müalicə üsulu kimi istifadə oluna bilər.